"Hərbçilərdən birinin meyiti Sisian xəstəxanasına aparılıb"- Hraparak

"Hərbçilərdən birinin meyiti Sisian xəstəxanasına aparılıb"-   Hraparak
  16 Noyabr 2021    Oxunub:897
Ermənistan sərhəd təxribatı zamanı döyüşlərdə verdiyi itkiləri hələlik rəsmi qaydada gizli saxlasa da, yerli media artıq məlumatları açıqlamağa başlayıb.
AzVision.az xəbər verir ki, "Hraparak" artıq ölən hərbçilərdən biri haqqında məlumat əldə etdiyini yazıb.

Ermənistan MN öldürülən hərbçilərdən birinin adını açıqlayıb
- Əldə etdiyimiz məlumata görə, bu gün ölən hərbçilərdən birinin meyiti Sisian tibb mərkəzinə çatdırılıb. Məlumata görə, əsgər Gümrüdəndir. Sisian Tibb Mərkəzindən məlumat öyrənməyə çalışdıq. Oradan bildirildi ki, xəstəxanaya aparılan yaralı əsgərlərlə bağlı heç bir məlumat verə bilməzlər. Suallarımızı cavablandırmaq səlahiyyətinə malik olan işçi dedi ki, yalnız tibb müəssisəsinin direktoru ilə əlaqə saxlayaq -“Sabah bu nömrəyə zəng vurun, bəlkə sizi onunla əlaqələndirdi”,-məqalədə yazılıb.

Qeyd edək ki, bir müddət öncə Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərindən birinin kimliyini açıqlamışdı.

AzVision.az



Teqlər:   Ermənistan   Hərbçi   Ölü  





Xəbər lenti