"Təxribatın məsuliyyəti Ermənistanın üzərinə düşür" - Sahibə Qafarova

   "Təxribatın məsuliyyəti Ermənistanın üzərinə düşür" -    Sahibə Qafarova
  17 Noyabr 2021    Oxunub:592
"Noyabrın 16-da dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirəm".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova "Facebook" səhifəsində yazıb.

"Bu təxribatın məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və qarşı tərəfin bu kimi addımları bundan sonra da adekvat şəkildə cavablandırılacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!", - spiker qeyd edib.

AzVision.az



Teqlər: Sahibə-Qafarova  





Xəbər lenti