Ceyhun Bayramov Şvıdkoyla görüşüb - FOTO

 Ceyhun Bayramov Şvıdkoyla görüşüb -  FOTO
  24 Noyabr 2021    Oxunub:863
Xarici işlər nazir Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.
AzVision.az - a XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Rusiya əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi diqqətə alınaraq, bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


AzVision.az



Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti