Evinə gələn polisi tava ilə vurdu

   Evinə gələn polisi tava ilə vurdu
  20 Dekabr 2021    Oxunub:781
Cəlilabad rayonunda vətəndaş evinə gələn polisi qızmar tava ilə vurub.
DİN Mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, dekabrın 19-da “102 Zəng Mərkəzi”nə zəng edən Cəlilabad şəhər sakini F.Quliyev yaşadığı evdə atası, əvvəllər məhkum olunmuş Faiqin sərxoş vəziyyətdə münaqişə yaratdığını və onları öldürməklə hədələdiyini bildirib.

Həmin ünvana gedən polis əməkdaşları F.Quliyevi nizam-intizama dəvət ediblər. Lakin o, polis əməkdaşlarını təhqir edib və qaz sobasının üzərindən götürdüyü dəmir tava ilə polis əməkdaşlarından birinə xəsarət yetirib.

F.Quliyev saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi başlanıb.

Xəsarət alan polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərilib.

AzVision.az


Teqlər: Polis  





Xəbər lenti