"Gürcüstanın NATO-ya üzvlüyü "qırmızı xətt"dir - Lavrov

   "Gürcüstanın NATO-ya üzvlüyü "qırmızı xətt"dir -    Lavrov
  21 Dekabr 2021    Oxunub:805
“Rusiya Gürcüstanın zorla NATO-ya daxil edilməsi cəhdlərini “qırmızı xətt”in pozulması kimi qəbul edəcək”.
AzVision.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"NATO-nun genişlənməsi ilə bağlı mövqeyimiz hamıya məlumdur: əgər alyans Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmağa davam edərsə, bu, “qırmızı xətt” olacaq", - Lavrov əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın Avro-Atlantika regionda ümumi təhlükəsizlik kontekstində irəli sürdüyü təhlükəsizlik təminatı ilə bağlı təklifləri göstərir ki, Rusiya NATO strateqlərinin çəkdiyi ssenarilər üzrə hadisələrin mənfi inkişafının qarşısını almaqda maraqlıdır və bunu səmimi şəkildə edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Sergey-Lavrov  





Xəbər lenti