"Qarabağda "yaşıl enerji"nin tətbiqində iştirak edə bilərik" - Türkiyəli nazir

 "Qarabağda "yaşıl enerji"nin tətbiqində iştirak edə bilərik" -    Türkiyəli nazir
  22 Dekabr 2021    Oxunub:653
"İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycan-Türkiyə I Enerji Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu yolla həm regionda davamlı sülhün bərqərar olması, həm də işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməyə davam edəcəyik:

"İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti