"Azərbaycanla-İran münasibətlərinin əsasını tarixi köklər təşkil edir" - Bayramov

   "Azərbaycanla-İran münasibətlərinin əsasını tarixi köklər təşkil edir" -    Bayramov
  22 Dekabr 2021    Oxunub:933
"Azərbaycanla İran arasında olan münasibətlərin əsasını dərin tarixi köklər, mədəni və dini bağlılıqlar təşkil edir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan müstəqilliyini qazandqdan sonra iki ölkə arasında əlaqələrin formalaşdıran çoxlu sayda sənədlər imzalanıb.

Əlavə edib ki, bugünkü görüşdə həm ikitərəfli, həm də beynəlxalq təşklatlar çərçivəsində əlaqələrin inkişafı müzakirə edilib: "Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr xüsusi önəm kəsb edir. Bu ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsində 23.6 faiz artım müşahidə edilib".

AzVision.az



Teqlər: Azərbaycan   İran  





Xəbər lenti