"Siz Azərbaycan tarixində yeni səhifə açdınız" - Viktor Orban

   "Siz Azərbaycan tarixində yeni səhifə açdınız" -    Viktor Orban
  24 Dekabr 2021    Oxunub:1014
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Gənc, lakin qədim tarixə malik bir ölkəni dünyanın ən hörmətli və tanınan ölkələrindən birinə çevirmək müstəsna istedad və qətiyyət tələb edir. Əminəm ki, ölkə Prezidenti kimi Siz Azərbaycan tarixində yeni səhifə açdınız. Çünki fəaliyyətiniz Azərbaycanı yüksəliş yoluna çıxarıb və ölkəniz əldə etdiyi uğurlarla beynəlxalq aləmdə tanınan nüfuz qazanıb.

Strateji tərəfdaşlıqdan başqa Macarıstan Azərbaycanı dost dövlət kimi qəbul edir. Bu müstəvidə mən çox şadam ki, son illər biz iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirməyə nail olmuşuq. İkitərəfli münasibətlərimizin inkişafına göstərdiyiniz şəxsi sədaqətinizə görə Sizə minnətdaram. Ümid edirəm ki, gələcəkdə də etibarlı dəstəyinizə arxalana bilərəm.

Xahiş edirəm, ailə üzvləriniz, dostlarınız və pərəstişkarlarınızla birlikdə 60 illik yubileyiniz münasibətilə təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, güc-qüvvət arzulayıram".

AzVision.az


Teqlər:





Xəbər lenti