"Qarabağın azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı" - Kalın

   "Qarabağın azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı" -    Kalın
  27 Dekabr 2021    Oxunub:995
"Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı".

AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ölkənin Çikaqodakı Baş konsulluğunda ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.
Sualları cavablandıran Kalın bildirib ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib:

"Qafqazda çox fərqli proses gedir və indi bu erməni diasporun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarına qayıtması ilə orada tarixin yeni səhifəsi açılıb".

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti