Umayra Tağıyeva: " Oxçuçay daha çox çirklənməyə məruz qalıb"

   Umayra Tağıyeva:    " Oxçuçay daha çox çirklənməyə məruz qalıb"
  29 Dekabr 2021    Oxunub:1068
İşğaldan azad ərazilərdə monitorinq işlərinin aparılması davam edir.
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, Şərqi Zəngəzur və Qarabağda 66 dəfə monitorinq keçirilib, 657 su nümunəsi götürülüb:

"Nəticədə məlum olub ki, daha çox çirklənməyə Oxçuçay məruz qalıb. Nəticələr beynəlxalq təşkilatlara təqdim edilib, ekosistemlərə dəyən ziyanlar aidiyyəti üzrə göndərilib".

Aytən Zəhra
AzVision.az


Teqlər: Oxçuçay  





Xəbər lenti