Jurnalist ana və qızı – FOTOSESSİYA

Jurnalist ana və qızı – FOTOSESSİYA
  04 Aprel 2013    Oxunub:7014
AzVision.az saytı unikal və maraqlı bir layihə təqdim edir – biz sizi Azərbaycan jurnalistikasının ən gözəl xanımları ilə tanış edirik. Gözəl olan onların təkcə qələmləri deyil!
On doqquzuncu fotosessiyamız bir qədər fərqli formatdadır: indi siz eyni vaxtda jurnalist ana və onun jurnalist qızı ilə tanış olacaqsınız.

Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb.1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən “TRT” televiziyasının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısıdır. Azərbaycanda ilk klip yaradıcılarındandır.

Bayramova Leyla Oqtay qızı 23 avqust 1988-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Beynəlxalq mədəni əlaqələr” ixtisası üzrə magistr məzunudur. Hazırda AzTv-də yayımlanan “MAG” verlişinin müxbiridir. Şəkil çəkdirməyi çox sevir.

Qalereya




Teqlər:  





Xəbər lenti