NATO-ya dövlət sirlərini ötürən ikinci rus alim də öldü

   NATO-ya dövlət sirlərini ötürən    ikinci rus alim də öldü
  27 Aprel 2022    Oxunub:1108
Rusiyalı alim, vətənə xəyanət ittihamı ilə həbs edilmiş Roman Kovalev vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, o, digər vətənə xəyanətdə günahlandırılan və təxminən bir il əvvəl dünyasını dəyişən Viktor Kudryavtsevin tələbəsi olub.
"Səhhətinə görə çəkdiyi cəzadan azad edilən Roman Kovalev dördüncü mərhələdə olan xərçəng xəstəliyi səbəbindən ölüb. Alim cəmi iki həftəyə yaxın azadlıqda qaldı", - vəkil mediaya açıqlamasında deyib.

Kovalev xəstəliyi ilə əlaqədar aprelin 11-də Moskvanın Lefortovo Məhkəməsi tərəfindən cəzasının yerdə qalan hissəsini çəkməkdən azad edilmişdi.

Xatırladaq ki, "TsNIIMaş"ın əməkdaşı kimi çalışan Viktor Kudryavtsev 2019-cu ilin iyununda həbs edilmişdi. Müstəntiqlərin fikrincə, o, TsNIIMash-ın həyata keçirdiyi layihə ilə bağlı gizli məlumatları NATO-nun tədqiqat mərkəzi olan Fon Karman Hidrodinamika İnstitutuna (Belçika-red.) göndərib. Onun işi üzrə Kovalev də həmin il həbsə atılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: NATO   Alim  





Xəbər lenti