BMT baş katibi Zelenski ilə görüşünün detallarını açıqladı

BMT baş katibi Zelenski ilə görüşünün detallarını açıqladı
  28 Aprel 2022    Oxunub:797
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Mariupoldakı vəziyyəti və insanların evakuasiya edilməsi zərurətini şərh edib.
AzVision.az UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə bu gün Kiyevdə prezident Volodimir Zelenski ilə birgə brifinq zamanı deyib.

"Mariupol böhran içərisində böhrandır. Minlərlə mülki vətəndaşın həyati yardıma ehtiyacı var. Bu cəhənnəmi tərk etmək üçün onların həyat xilasedici marşruta ehtiyacı var. Qızıl Xaç Komitəsi mülki vətəndaşları Azovstaldan təxliyə edir. Zelenski ilə bu məsələni müzakirə etmək imkanımız oldu. Bu təklifin reallığa çevrilməsi üçün intensiv müzakirələr davam edir”.

Xatırladaq ki, aprelin 28-də BMT baş katibi Antoniu Quterreş dağıdılmış Borodyankaya səfər edib. O, gördüklərindən dəhşətə gəldiyini qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti