Erməni əsgər hərbçi yoldaşını öldürüb

         Erməni əsgər hərbçi yoldaşını öldürüb
  29 Aprel 2022    Oxunub:1570
Ermənistan ordusunda ölümlə nəticələnən insident baş verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Silahlı Qüvvələrin hərbi hissələrindən birində əsgər hərbçi yoldaşı tərəfindən güllələnib.
Əsgər yoldaşını güllələyən erməni həbs edildi
"Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, aprelin 28-də saat 19:20 radələrində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmətçisi, sıravi Samvel Sedrakoviç Sanoyan (2002-ci il təvəllüdlü) həmkarı tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisənin detallarının aydınlaşdırılması üçün araşdırma aparılır", -məqalədə yazılıb.

Qeyd edək ki, Ermənistan ordusunda oxşar insident ilk dəfə deyil ki, baş verir. İkinci Qarabağ müharibəsindən sonra hərbçilər arasında bu cür qarşıdurmalar dəfələrlə müşahidə olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Əsgər   Ölüm  





Xəbər lenti