Paşinyan istintaqa cəlb edilir: "Müharibə işi" üzrə dindiriləcək

      Paşinyan istintaqa cəlb edilir:  "Müharibə işi" üzrə dindiriləcək
  18 May 2022    Oxunub:1780
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində dindiriləcək. Lakin bu prosesin dəqiq vaxt hələlik məlum deyil.
Paşinyan həbs edilir? - Baş prokuror göstəriş verdi
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mühüm işlər üzrə idarəsinin rəisi Rafael Vardanyan məlumat verib. O, müharibədə öldürülmüş hərbçilərin valideynləri ilə görüşdə deyib ki, hazırda gələcək dindirilmənin detalları açıqlana bilməz.

- Baş Prokurorun cinayət işi çərçivəsində verdiyi göstərişlər yerinə yetiriləcək. Sizin artıq İstintaq Komitəsinin rəhbəri ilə görüşünüz təyin edilib və bu görüş zamanı şərtlər müzakirə olunacaq, - Vardanyan deyib.

Qeyd edək ki, mayın 17-də valideynlər Apellyasiya Məhkəməsi, Baş Prokurorluq və İstintaq Komitəsinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar "müharibə işi"nin dərhal araşdırılmasını və təqsirkarların prosesə cəlb edilməsini tələb ediblər. Valideynlər bu işdə əsas günahkar kimi baş nazir Nikol Paşinyanı görür, onu ittiham edirlər. Bu məqsədlə etirazçılar mayın 18-də yenidən Ermənistan İstintaq Komitəsinin binası qarşısına toplaşıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan   İstintaq  





Xəbər lenti