İspaniya həyəcan təbili çalır: "Meymun çiçəyi" Madridə çatdı

   İspaniya həyəcan təbili çalır:    "Meymun çiçəyi" Madridə çatdı
  18 May 2022    Oxunub:1746
Madrid "meymun çiçəyi" epidemiyası ilə əlaqədar həyəcan təbili çalıb.
İspaniya Səhiyyə Nazirliyi və yerli hakimiyyət orqanları Madriddə səkkiz "meymun çiçəyi" hadisəsinin aşkarlanmasından sonra ictimai sağlamlıq xəbərdarlığı yayıb. Bu barədə El País qəzeti məlumat verib. Nəşr qeyd edib ki, bu günə qədər Milli Mikrobiologiya Mərkəzi yoluxmuş şəxslərdən götürülmüş nümunələrin genetik analizini hələ başa çatdırmayıb.

İspaniya Böyük Britaniya və Portuqaliyadan sonra "meymun çiçəyi" nə yoluxma hallarının aşkar edildiyi üçüncü Avropa ölkəsidir.

Hələlik tibbi xidmət yoluxmuşlar arasında əlaqəni müəyyən edə bilməyib. Bu da virusun bir neçə ötürülmə zəncirinin olması deməkdir.

Xəstəlik birbaşa fiziki təmas və hava damcıları ilə ötürülür və əsasən Mərkəzi və Qərbi Afrikada yayılır. Burada daha çox uşaqlar təsirlənir və ölüm nisbəti 4-22% arasında dəyişir.

İnkubasiya dövrü beş gündən 21 günə qədər davam edir və "meymun çiçəyi" xəstəliyinin simptomları- qızdırma, bel və əzələ ağrısı, titrəmə və yorğunluqdur.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti