Prokurorluqdan 11 nəfərin zəhərlənməsi ilə bağlı açıqlama

   Prokurorluqdan 11 nəfərin zəhərlənməsi ilə bağlı    açıqlama
  20 İyul 2022    Oxunub:832
Prokurorluq Nabranda istirahət mərkəzində 11 nəfərin zəhərlənməsi ilə bağlı açıqlama verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az - a bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir:

"Vəziyyətləri normal qiymətləndirilir. Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".

AzVision.az


Teqlər:





Xəbər lenti