Ukrayna pilotlarının unikal əməliyyat görüntüləri yayıldı - VİDEO

Ukrayna pilotlarının unikal əməliyyat görüntüləri yayıldı -    VİDEO
  23 Avqust 2022    Oxunub:1238
İnternetdə Ukrayna aviasiyasının Rusiya hərbi qüvvələrinin mövqeləri üzərindəki uçuşlarına dair unikal görüntüləri yayılıb.
AzVision.az xəbər verir ki, yerli media və hərbi ekspertlərin də diqqətini çəkən videoda iki Su-25 qırıcısının inanılmaz şəkildə manevrlər edərək raketlərdən yayınması əks olunub.

Ukrayna qırıcıları ruslarla "siçan-pişik oyunu"nda - VİDEO
"Yayılan videoda iki pilot nadir əməliyyat reallaşdırır. Əvvəla onlar xeyli aşağı məsafədə uçuş həyata keçirirlər. İkincisi və ən əsası isə Ukrayna Su-25 döyüş təyyarəsinin döyüş kursuna daxil olmasından sonra yayındırıcı istilik fişəngləri ilə yaxın məsafədən atılan silahlardan qaçmasıdır. İşğalçılar zərbələr endirdikdən sonra hücum təyyarələri düşmənin hava hücumundan müdafiə sistemlərinin mümkün fəaliyyətindən bir daha qorunmaq üçün uçuş istiqamətini dəyişir və məlum istilik tələlərini işə salırlar. Əhsən uşaqlar!" , - məqalədə yazılıb.

Qeyd edək ki, Hava Hücumundan Müdafiə sistemləri səmada uçan istənilən təyyarəni qeydə alaraq onları qısa zamanda raketlə vura bilirlər. Bu səbəbdən də pilotlar riskli və təhlükəli olsa da qırıcı və helikopterləri "ağac məsafəsi" deyilən hündürlükdə idarə edirlər ki, radarlardan yayınsınlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Pilot   Ukrayna   Qırıcı  





Xəbər lenti