Xarkovda əsir düşən məşhur generaldır? - VİDEO

   Xarkovda əsir düşən məşhur generaldır? -    VİDEO
  09 Sentyabr 2022    Oxunub:1790
Ukraynada daha bir yüksək rütbəli zabit əsir düşüb.AzVision.azxəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. "Espresso" nəşri əsir düşən zabitin videosunu da dərc edib.
"Ukraynalı hərbçilər Xarkov istiqamətində əks-hücum əməliyyatı zamanı rus döyüşçüləri əsir tutublar. Onların arasında Rusiya ordusunun polkovnik-leytenantı da olub",- nəşr yazıb.

Bəzi yerli saytlar isə yazıblar ki, görüntülərdə olan Rusiya ordusunun Qərb dairə komandanı general-polkovniki Andrey Sıçev olub.

Əsir düşən zabitin sadəcə Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Andrey Sıçevə çox oxşadığını yazan xarici KİV-də var.

"Həmin general Ukraynaya qarşı müharibədə əmrlər verən yüksək səviyyəli hərbi cinayətkardır. Onun mundiri üzərində Suriya vətəndaşlarının da qanı var. Sıçevin 53 yaşı var, o, Krasnodar diyarının Krım rayonunda anadan olub. 1990-cı ildə Ulyanovsk Qvardiya Ali Tank Komandanlığı Məktəbini bitirib. Tank və motoatıcı bölmələrdə xidmət edib. 2009-cu ilin noyabrından 2011-ci ilin yanvarına qədər - Uzaq Şərq Hərbi Dairəsinin 70-ci motoatıcı briqadasının komandiri olub. 2013-cü ilin may ayında Andrey Sıçov Qərb Hərbi Dairəsinin ikinci Taman motoatıcı diviziyasının komandiri olub.

2019-cu ildə general-leytenant rütbəsi alıb. Əgər fotodakı doğrudan da Sıçevdirsə, bu, əsir mübadiləsi üçün qiymətli bir nüsxə olacaq", - Ukrayna nəşri yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti