Bundan başqa, Volqoqrad vilayətinin Kamışin şəhərinin rəhbərliyi naməlum şəxslərin Oktyabrskaya küçəsindəki inzibati binaya yanğın törədən əşyalar atdığını bəyan ediblər. Nəticədə binaya cüzi ziyan dəyib.
Nijni Novqorodda hərbi komissarlıq, Tolyattidə isə adminstrasiya yandırılıb |
Xatırladaq ki, dünən ən azı dörd hərbi komissarlığın yandırılması barədə məlumat yayılmışdı. Bunlar Sankt-Peterburqda, Nijni Novqorodda, Orenburq vilayətində və Zbaykal diyarında baş verib. Tolyattidə isə inzibati binaya molotov kokteyli atılıb.
Tural Tağıyev
AzVision.az