Məsələn, "Jam" saytında dərc edilən təhlildə Paşinyanın Rusiyadan aşkar formada düşmən obrazı yaratması iddia olunur. Təhlilçi David Mkrtçyan yazır ki, indiki ssenari İrəvan üçün arzuolunmaz məcraya yönəlir.
"Məlum olub ki, Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makrona Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki yox, hərbi müşahidəçilər göndərilməsini təklif edib. Məhz buna görə də Makron Paşinyanın təklifini “cəsarətli addım” adlandırıb.
Ermənistanın sadə vətəndaşları bunun nə demək olduğunu anlamaya bilərlər. Lakin ekspertlər və siyasi elitanın nümayəndələri bunun Ermənistan üçün hansı nəticələrə səbəb ola biləcəyini başa düşməlidirlər.
Aydın məsələdir ki, təkcə Rusiya deyil, İran da silahlı missiya, hərbiləşdirilmiş müşahidəçilər ideyasına qarşı çıxacaq. Yəni bu gün Türkiyə-Azərbaycan tandeminin əl-qolunu cilovlamağa çalışan ölkələr bunu da arzulamazlar", - müəllif yazıb.
Maraqlıdır ki, analitik bölgəyə Avropa İttifaqının yalnız mülki missiya göndərə bilməsini onunla əlaqələndirib ki, Azərbaycan hərbi müşahidəçilər təklifinə qarşı çıxıb. Yəni, rəsmi Bakının Paşinyanın məlum ideyasına veto qoyması öz sözünü deyib.
"Belə çıxır ki, Azərbaycan İran və Rusiyanın da qarşı olduğu Ermənistanın məlum ideyasına mane olur. Bizdə bu cür bir anti-dövlət, anti-erməni xarici siyasətin olacağını təsəvvür etmək çətin idi.
Əslində Paşinyan bütün gücü ilə Moskva və Tehranı Ermənistanın onlar üçün etibarsız tərəfdaş olduğuna inandırmağa çalışır.
"Nikol Praqada müqəddərat məsələsindən de-yure imtina etdi" - Ermənistan KİV |
Müəllif qeyd edib ki, Paşinyanın məlum xarici siyasətinin sonu Bakının lehinə işləyəcək. Sonda Tehran və Moskvada oturanlar bir daha qeyd edəcəklər ki, Azərbaycan onlar üçün Ermənistandan daha çox proqnozlaşdırıla bilən, hansı yöndə konkret siyasət yürütdüyü bəlli olan ölkə sayılır .
Tural Tağıyev
AzVision.az