Britaniya və Fransa miqrant axını ilə bağlı razılığa gəldilər

Britaniya və Fransa miqrant axını ilə bağlı razılığa gəldilər
  14 Noyabr 2022    Oxunub:462
Böyük Britaniya və Fransa kiçik qayıqlarla boğazdan keçən miqrant axınını azaltmaq üçün La-Manş boğazında nəzarəti gücləndirmək barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, Londonun Parisə hər il 63 milyon funt sterlinq ödəməsi razılaşdırılıb ki, bu da boğazda gəmilərə nəzarətin artırılmasına, həmçinin pilotsuz uçuş aparatlarından və gecə görmə cihazlarından daha tez-tez istifadəyə imkan verəcək.

Bundan əlavə, bu vəsait sayəsində Fransa miqrantlar üçün mərkəzlər təchiz edə biləcək. Fransa sərhəd xidmətinin sahillərdə patrul xidməti aparan zabitlərinin sayı 200 nəfərdən 300 nəfərə qədər artırılacaq.

Tərəflər həmçinin britaniyalıların Fransa sərhəd məntəqələrində, fransızların isə ingilislərdə müşahidəçi qismində iştirakı ilə məlumat mübadiləsinin qurulması barədə razılığa gəliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti