O qeyd edib ki, bu gün təhlükəsizlik mühitində hicab məsələsinin müxtəlif tərəflərini araşdırmaq, izləmək mümkün deyil. "Düşmənlər" isə cəmiyyətdə ikitirəlik yaratmaq və kütləninin bir-biri ilə üz-üzə qalıb toqquşmasını istəyir.
Tehranın hibrid mübarizə üsulu - 1200 tələbə niyə zəhərləndi? |
Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da İranda yaşanan hadisələrə, internetlə bağlı yaranan böhrana reaksiya verərək maraqlı təkliflər irəli sürüb. O, ölkədə qanunsuz həbslərin davam etdirilməsini pisləyərək deyib: “İran xalqının internet probleminin həlli üçün özəl şirkətlər və digər dövlətlərlə əməkdaşlıq etməyə hazırıq. Əgər həmin texnologiya şirkətləri və dövlətlər İran xalqının bir-biri və xarici dünya ilə ünsiyyət qura bilmələri üçün onlara kömək etməklə bağlı yaxşı təkliflər verərsə, biz bu layihələrin həyata keçirilməsində onları dinləməyə və əməkdaşlıq etməyə hazırıq".
İran əslində etirazlar baş verən dönəmdə deyil, ondan əvvəlki aylarda və illərdə də dözülməz bir rejimə, ölkəyə çevrilmişdi. Bu səbəbdən də insanlar kütləvi şəkildə öz vətənlərini tərk etməyin, maliyyələrini ölkədən çıxarmağın yollarını axtarırdılar. “Ettelaat” qəzeti yazır ki, son il yarımda İrandan təkcə Kanadaya 70 milyard dollar çıxarılıb. Son iki ildə isə orta hesabla hər il 40.000 iranlı Kanadaya mühacirət edib.
Tural Tağıyev
AzVision.az