Şahzadədən şok etiraflar: 25 talibançı öldürüb, narkotik istifadə edib

   Şahzadədən şok etiraflar:    25 talibançı öldürüb, narkotik istifadə edib
  16 Yanvar 2023    Oxunub:985
Britaniya şahzadəsi Harri uşaq olarkən böyük qardaşı Uilyamla ayrı-seçkiliyə məruz qalıb. AzVision.az xəbər verir ki, bu barədə "Sun" qəzetinə saraydan Pol Barrel məlumat verib.
O belə hesab edir ki, Harrinin küskün olması balaca vaxtlarından yaranıb.

Nəşr yazır ki, bir dəfə dayə səhər yeməyi üçün ona cəmi iki sosis verib. Uilyama isə üç sosis düşüb. Harri niyə qardaşına nisbətdə az sosis almasının səbəbini soruşduqda dayə belə cavab verib: "Uilyam səndən çox yeməlidir. Bir gün o, kral olacaq".

"Qardaşım tərlədiyimi görüb mənə güldü" - Şahzadə Harri
Qeyd edək ki, yanvarın 10-da şahzadə Harrinin "Ehtiyat" adlı qalmaqallı xatirə kitabı işıq üzü gördü. Britaniyada kitab 400 min nüsxə ilə rekord səviyyədə satılaraq ölkədə ən tez satılan qeyri-bədii kitab oldu.

Harri xatirələrini çox açıq ifadə edib. O, nə vaxtsa narkotik və halüsinogen göbələklərdən istifadə etdiyini deyib, qardaşı ilə davasından danışıb. Kamillanı isə (Şahzadə Çarlzın xanımı -red.) “təhlükəli yaramaz” adlandırıb. Harri Əfqanıstanda xidmət edərkən 25 talibançını öldürdüyünü də etiraf edib. Onun sözlərinə görə, o, öldürdüyü əfqanlarda insanları deyil, sadəcə “şahmat fiqurları”nı görüb. Eyni zamanda, şahzadə hələ də ailəsi ilə barışmağa ümid edir.

Bundan sonra şahzadə Harrinin populyarlıq reytinqi rekord həddə, 26%-ə düşüb. Britaniya ordusunun veteranları onu xəyanətdə, bəzi ingilislər isə pul müqabilində kral ailəsini məhv etməyə hazır olmaqda ittiham edirdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Şahzadə   Narkotik  





Xəbər lenti