Türkiyədə ölənlərin sayı 1762 nəfərə çatıb - YENİLƏNİB - 7

Türkiyədə  ölənlərin sayı 1762 nəfərə çatıb - YENİLƏNİB - 7
  06 Fevral 2023    Oxunub:3247
Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.
AzVision.az xəbər verir ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1762 nəfərə çatıb. Qeyd olunub ki, 11 119 nəfər yaralı var.

**

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1651 nəfərə, yaralananların sayı isə 11 min 119 nəfərə çatıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

**

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1498 nəfərə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ nəticəsində 8 533 nəfər yaralanıb. Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb.

Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb. Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb.

***
Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.

AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***
Türkiyədə baş verən güclü zəlzələdə nəticəsində ölənlərin sayı 912-ə yüksəlib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib. O, 5 385 nəfərin yaralandığını, ümumilikdə 2 470 nəfərin dağıntıların altından xilas edildiyini qeyd edib .

Zəlzələ nəticəsində ümumilikdə 2 818 bina dağılıb.



****
Türkiyədə baş verən güclü zəlzələdə nəticəsində ölənlərin sayı 284-ə yüksəlib.


AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib. O bildirib ki, yeraltı təkanlar nəticəsində 1710 bina dağılıb, 2323 nəfər yaralanıb.

***
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib. Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.













AzVision.az

Teqlər:







Xəbər lenti