Hraparak: "Nikol "bomj" kimi görünsə də, bahalı saat taxır"

      Hraparak:    "Nikol "bomj" kimi görünsə də, bahalı saat taxır"
  28 Fevral 2023    Oxunub:802
Xəbər verdiyimiz kimi Anna Akopyanın Nikol Paşinyanla birgə paylaşdığı yeni qurman fotoları erməni cəmiyyətində ciddi tənqidlərlə qarşılandı. Bu gün isə məşhur "Hraparak" nəşri baş nazirin xalqa özünü sadə görkəmdə təqdim etməsi ilə bağlı maraqlı yazı dərc edib.
Nəşr yazır ki, əslində hər şey heç də göründüyü kimi deyil: “Bazar günü baş nazir Nikol Paşinyan həyat yoldaşı və oğlu ilə birgə rusların məşhur “Peraşki”si, qarğıdalı və omlet yemək üçün Gümrüyə getdi. Həmin gün onlar Lori və Tavuşda da olub, orada kartof qızardıb yeyiblər. Belə gözlənilməz səfərin məqsədi ilə bağlı heç bir məlumat verilmədi. Amma insanlar bunun adi "qastroloji tur" olduğu, "sadə yemək həsrətindən" qaynaqlandığını iddia etdilər. Hətta Anna Akopyan özü bu fotolarla bağlı belə bir qeyd paylaşdı ki, "biz nəinki müxtəlif şəhərləri gəzir, həm də piroq və qarğıdalıdan həzz alır, alış-veriş edir, kafelərə gedirik və s. Sadəcə olaraq, siz bizi həmişə görmür, sezmirsiniz".

Ermənilər Paşinyan ailəsinin "qarğıdalı qonaqlığı"nı lağa qoyurlar- FOTOLAR
Müəllif yazır ki, baş nazirləri sosial cəhətdən müdafiəsiz və kasıb bir dərviş görkəmində olsa da, onun Ermənistan futbol yığmasının da istifadə etdiyi qiyməti 57 min dram olan qış formasını geyinib. Bundan başqa, Paşinyan "AW 1096 A.2" markalı, qiyməti 120 min dram olan mexaniki saat taxıb.

"Yeri gəlmişkən, Paşinyan demək olar ki, həmişə bu markanın saatlarından və hər dəfə də müxtəlif modellərdən istifadə edib. Yəni Paşinyanın kolleksiyasında başqa saatlar da var. Baş nazirin 1 milyon 580 min dram maaş aldığını nəzərə alsaq, qeyd etmək lazımdır ki, o, Facebook istifadəçilərinin düşündüyü kimi "Bomj" şəklində geyinib gəzmir”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Baş-Nazir   Paşinyan  





Xəbər lenti