ASAN-dan yenilik: Növbəni online izlə
“Növbə göstəriciləri” funksional bölməsində “ASAN xidmət” mərkəzləri üzrə gün ərzində müvafiq müddət çərçivəsində xidmət göstərilən və növbədə gözləyən şəxslərin sayı, həmçinin xidmət üzrə orta gözləmə vaxtı da əks olunur. Bundan başqa bölmədə istifadəçilər növbə götürmüş və xidmət göstərilməsi üçün nəzərdə tutulan növbəti müraciətlərin sayını da izləmək imkanı əldə edirlər.
www.asan.gov.az internet səhifəsinin istifadəçiləri “Növbə göstəriciləri” funksional bölməsindəki “ASAN xidmət” mərkəzləri hissəsini seçməklə aidiyyati xidmətlər üzrə müvafiq mərkəzlərdəki xidmət göstərilmiş və göstərilməsi nəzərdə tutulan növbəti müraciətlərin sayı ilə də yaxından tanış ola bilərlər.
Bakıda qeydiyyat məhdudiyyəti aradan qaldırılandan sonra bu yenilik olduqca faydalıdır və yerinə düşür. Belə ki, siz indi daha az növbənin olduğu ASAN şöbəsini seçərək, ora üz tuta bilərsiniz.
Növbələri BURADAN izləmək olar