Sahib Alıyev: “Heydər Əliyev hakimiyyəti yox, dövlətimizi və müsəqilliyimizi qoruyurdu”

   Sahib Alıyev:    “Heydər Əliyev hakimiyyəti yox, dövlətimizi və müsəqilliyimizi qoruyurdu”
  14 İyun 2023    Oxunub:1326
Bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib. Həmin iclasda çıxış edən deputat Sahib Alıyev müstəqilliymizin qazanılmasında, dövlətçiliyimizin formalaşdırılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin rolundan danışıb. AzVision.az həmin çıxışın tam mətnini diqqətinizə təqdim edir.
Hörmətli xanım sədr, dəyərli həmkarlar!
Yüksək vəzifə daşıyan, hətta ölkəyə rəhbərlik edən heç də hər siyasətçi dövlət xadimi ola bilmir. Dövlət xadimlərinin isə çox az qismi- barmaqla sayılacaq qədəri tarixi şəxsiyyətə çevrilməyi bacarırlar ki, onlardan da biri heç şübhəsiz Ulu Öndər Heydər Əliyevdir. Bu il Azərbaycanda Heydər Əliyev ili kimi qeyd edilir. Amma əslində bizim və bizdən sonrakı nəsillərin qarşılayıb yola salacağı hər bir il Heydər Əliyev ili olmasa da, Heydər Əliyevli il olacaq. Çünki özü demişdi axı, “ Nə qədər ki, Azərbaycan var, mən də varam”.
Bəli, bu gün Azərbaycan var, sabah da olacaq və ilk növbədə ona görə olacaq ki, dünyada müstəqil siyasət yeridən az sayda dövlətlərdən biridir. Biz buna görə təbii ki, Heydər Əliyevə borcluyuq. O şəxsiyyətə ki, özünün də bildirdiyi kimi müstəqillik əldə edəcəyimizə çox da əmin olmadığı vaxtlarda da, sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə də bu haqda fikirləşirmiş.

Söhbət elə bir adamdan gedir ki, fikirləşdiyini dilə gətirənlərdən yox, əmələ çevirənlərdən idi. Yəni o zaman atdığı addımları xatırlayıb da dərk edirsən ki, Heydər Əliyev digər sovet respubliklarının rəhbərləri kimi təkcə idarəçiliklə deyil, həm də dövlət quruculuğuyla məşğul olub. Yəqin ona görə son dərəcə mürəkkəb bir vaxtda yenidən Azərbaycanın başına gələrkən qoyub getdiyinin, demək olar ki, xarabalıqları üzərində yeni bir dövlət quranda heç bir səhvə yol vermədi. Məncə, burada təkcə fövaqlədə bacarıq və dühası deyil, həm də onun dövlətçilik təcrübəsi az rol oynamadı. Bir sözlə, Heydər Əliyev müstəqil dövlət quruculuğuna 1993-cü ildən daha əvvəl Sovet Azərbaycanına rəhbərlik edərkən başlamışdı.

Heydər Əliyevin həmişə müstəqillik düşüncəsi ilə yaşadığını və artıq bunun mümkünlüyünə tam əmin olduğunu düz 32 il əvvəl 1991-ci ilin martında bu salondakı çıxışı və etdikləri də təsdiqləyir. Ulu Öndər o zaman burada deyirdi ki, hətta digər respublikalar belə SSRİ-nin təkibində qalmaq istəsələr, Azərbaycan oradan çıxmalı, İttifaqla ikitərəfli əlaqələr qurmalıdır.
Təəssüf ki, Heydr Əliyev eşidilmədi, Azərbaycanda SSRİ-nin tərkibində qalmaqla bağlı saxta refendum keçirildi. Bir yerdən başqa, o da Naxçvan idi. Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızı dövlət rəmzi kimi ilk təsdiqləyən Naxçıvan.

Heydər Əliyevin müstəqillik mücadiləsi o, Azərbaycanda ikinci dəfə rəhbərliyə başlayandan sonra da davam etdi. Bəzən Ulu Öndərin bütün çevriliş cəhdlərinə sinə gərərək hakimiyyəti qoruyub saxlamasından danışırlar. Mən bu ifadəni yanlış sayıram. Heydər Əliyevin qoruduğu hakimiyyət yox, dövlətimiz və müstəqilliyimiz idi. Müstəqilliyimiz üçün ən böyük təhlükə isə “radilak müxalifət” adlandırılan, radikallıqları məsuliyyətsizlik və mariginallıqlarından qaynaqlanan səriştəsizlər deyil, çeşidli səbəblərdən hakimiyyətdə yer alan, parallel idarəçiliyə cəhd edən imperiyaya bağlı səriştəlilər idi ki, məhz onları ya belə demək mümkünsə, milliləşdirmək, ya da neyrtallaşdırmaq lazım gəlirdi. Heydər Əliyev bunu da qrossmeysetrcəsinə etdi.

Əziz həmkarlar, mən bu gün müstəqllik məsələsini ona görə qabardıram ki, cənab İlam Əliyevin dəfələrlə vurğuladığı kimi Azərbayan müstəqli olmağı, müstəqil siyasət yeritməyi bacramasaydı, torpaqlarını hec cür işğaldan azad edə bilməyəcəkdi.

O günü görmək hər şeyə qadir sandığımız Heydər Əlyevə çox təəssüf ki, nəsib olmadı. Xatırlayıram ki, çoxları “əgər Heydər Əliyev bunu bacarmadısa, çətin kimsə Qarabağı geriyə qaytara bilər”, deyirdi. Amma həyat göstərdi ki, belə fikirləşənlər həm yanılıblar, həm də haqlıdılar. Orada yanılıblar ki, Qarabağı qaytaran oldu. O mənada haqlı idilər ki, qaytran elə həm də Heydər Əliyev idi. Onun siyasətinə sədaqət göstərmək, onun vəsiyyətini yerinə yetirmək, onun yoluyla getməklə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qarabağı azad etdi və Heydər Əliyevin bir nəhəngliyi də burada meydana çıxdı. Hər kəs gördü ki, təkcə özü yox, yetirməsi, davamçısı da həm dövlət xadimi, həm də tarixi şəxsiyyət olmağı bacardı.

1991-ci ildə bu salonda Heydər Əliyev Qarabağın əldən getdiyini, təcili tədbir görmək lazım gəldiyini bildirəndə bir nəfər yumşaq desək, onu təkzib etməyə çalışmış “Qarabağ indiki kimi bizim olmayıb”,-demişdi. Proseslərin gedişi Ulu Öndərin nə qədər haqlı olduğunu üzə çıxardı.

Ancaq bu gün hamımız bir ağızdan “19-cu əsrdən bu yana Qarabağ heç zaman indiki kimi bizim olmayıb” deyə bilərik. Bunun ən gözəl təsdiqi iki il öncə, qurtuluş günündə imzalanan Şuşa Bəyannaməsidir ki, onu mən təkcə Azərbaycanla Türkiyə arasında müttəfiqlik anlaşması yox, həm də “Bir millət, iki dövlət” deyən Ulu Öndərin xatirəsinə böyük ehtiramın sənədli ifadəs i sayıram!



Teqlər:





Xəbər lenti