Obama seksual hərəkətlər edərkən kadra düşdü - FOTOLAR
23 İyun 2023
Oxunub:1585
ABŞ-ın keçmiş prezidenti Barak Obama ailəsi ilə Yunanıstanda tətil keçirərkən paparassilərə tuş gəlib.
AzVision.az xəbər verir ki, bu barədə "Page six" məlumat yayıb. O, həyat yoldaşı Mişellə pilləkənləri qalxarkən ictimai yer üçün arzuolunmaz sayılan bir jest edib. Eks-prezident Mişelin yan nahiyəsinə əlini vurub.
Yunanıstan gəzintisində 61 yaşlı Obama və 59 yaşlı arvadı ilə yanaşı qızları 24 yaşlı Maliyala, 22 yaşlı Saşa da olub. Onlar da Akropolu qalxarkən kadrlara düşüblər.
Barak Obama ilk dəfə deyil ki, həyat yoldaşına qarşı ehtirasını ictimaiyyət qarşısında nümayiş etdirir. Keçmiş prezident 2020-ci ildə Mişelin ad gününü qeyd edərkən onunla öpüşmüşdü.