"Onun açıq sözlülüyü məndə seksual maraq yaratdı" - Mişel Obama

   "Onun açıq sözlülüyü məndə seksual maraq yaratdı" -    Mişel Obama
  12 Dekabr 2022    Oxunub:1466
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 58 yaşlı həyat yoldaşı, vəkil Mişel Obama əri ilə tanışlığının ilk günlərindən danışıb. O bildirib ki, sabiq liderin açıq sözlülüyü və qeyri-romantizmi Mişel Obamada seksual maraq yaradıb.
O, Barak Obamanın cəlbediciliyinin sirrini “The Light We Bring” kitabında açıqlayıb. O, ABŞ-ın keçmiş prezidentini həyatında əsas sevgi və problem yaradan adlandırır. Mişelin sözlərinə görə, Barak Obama ilə münasibətin başlanğıcı romantizmdən uzaq olub.

"Mən çox düşünməli olmadım. O, hər şeyi açıq-aydın dedi: "arzularım budur, hörmətim budur, belə başlayıram. Bu səmimiyyət və özünə inamın qarışığı idi. Etiraf etmək lazımdır ki, təəccüblü, təravətləndirici və son dərəcə seksual idi”,- Mişel Obama yazır.

Bundan əlavə, o, uzunmüddətli münasibətlərlə bağlı fikirlərini bölüşüb.

“Partnyorluq başqasının ehtiyaclarına uyğunlaşmağı tələb etsə belə, səni dəyişdirmir. Görüşümüzdən keçən 33 il ərzində nə Barak çox dəyişdi, nə də mən. Dəyişən aramızda baş verənlərdir: milyonlarla kiçik düzəlişlər, kompromislər, hər birinin gətirdiyi qurbanlar”,- Mişel Obama etiraf edib.

"Bizim aramızda olan bu birgə hibrid enerji onilliklər ərzində öz formasını alıb və döyüş sınaqlarından keçibb", -o fikrini yekunlaşdırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti