Putin xalqa və üsyançılara müraciət etdi - VİDEO |
İyunun 23-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, sosial şəbəkələrdə "Vaqner" muzdlu təşkilatın təsisçisi Yevgeni Priqojinin adından yayılan mesajlar və videolar guya “Rusiya Müdafiə Nazirliyinin Vaqner PMC-nin arxa düşərgələrinə zərbə endirməsi” reallığa uyğun gəlmir və informasiya təxribatıdır.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə Priqojin ətrafındakı vəziyyətlə bağlı məlumat verilib.
Milli Antiterror Komitəsi bildirib ki, Priqojinin açıqlamalarından sonra hərbi qiyam çağırışı ilə bağlı iş açılıb.
AzVision.az