Putin xalqa və üsyançılara müraciət etdi - VİDEO |
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin xalqa, hərbçilərə, hüquq-mühafizə orqanlarına müraciət edib və üsyana qoşulmuş şəxsləri bu qiyamda iştirakdan əl çəkməyə çağırıb.
Dövlət başçısı konstitusiya quruluşunu, Rusiya vətəndaşlarının həyatını, təhlükəsizliyini və azadlığını qoruyacağına söz verib. Onun sözlərinə görə, qiyamın təşkilatçıları cəzalandırılacaq.
Şahanə Rəhimli
AzVision.az