"Vaqner"çilərin nəzarətindəki Rostovda mağazalar boşaldılıb

   "Vaqner"çilərin nəzarətindəki Rostovda mağazalar boşaldılıb
  24 İyun 2023    Oxunub:875
"Vaqner"çilərin nəzarəti altında olan Rostov-na-Donda mağazalar kütləvi şəkildə boşaldılır.
““Vaqner” Rostovda bir sıra obyektlərə nəzarəti ələ keçirib" - Priqojin
AzVision.az xəbər verir ki, bu barədə “161.Ru” Telegram kanalı yazıb. Rusiya ordusuna qarşı "Vaqner" özəl hüquqi təşkilatın qiyamından sonra sakinlərin mağazalarda ərzaqları kütləvi şəkildə daşıdığı qeyd edilib.

"Rostovdakı ərzaq mağazalarında nəhəng növbələr var və rəflər artıq boşdur", - hesabatda deyilir.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini və bir çox döyüşçünün öldüyünü deyib. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.



Aytən Zəhra
AzVision.az


Teqlər:   Rusiya   Vaqner  





Xəbər lenti