İranın Milli Gəmiçilik şirkəti pulu brokerlikdən qazanır

 İranın Milli Gəmiçilik şirkəti pulu brokerlikdən qazanır
  26 İyun 2023    Oxunub:964
Hazırda İran Milli Gəmiçilik şirkətinin gəliri yüklərin daşındığı yerdən yox, hökumətlə xarici gəmiçilik şirkətləri arasında yüklərin daşınması üçün broker kimi əldə edilir.
AzVision.az bildirir ki, İran Nəqliyyat institutunun direktorlar şurasının rəsmisi Məsud Daneşmənd “İLNA” xəbər agentliyinə müsahibəsində gəmiçilik şirkətinin dövlət idxal və ixrac yüklərini bir ton üçün 50 dollar qiymətinə aldığını, lakin malı daşımaq əvəzinə tonunu 40 dollar qiymətinə xarici şirkətə təhvil verərərk, bu sövdələşməyə görə hər ton üçün 10 dollar aldığını deyib.

Maraqlıdır ki, Daneşmənd bu yaxınlarda şirkətin vasitəçi rolunu qeyd etmədən İranın Milli Gəmiçiliyinin gəlirlərinin artdığını elan etmişdi. Halbuki, şirkətin vasitəçiliyinə ehtiyac olduğunu deyərkən, yükdaşıma tariflərinin 20% artırılmasını və hökumətin 40 dollar qiymətində kommersiya yüklərinin daşınmasını birbaşa xarici gəmiçilik şirkətlərinə həvalə etməməsinin səbəbini açıqlamayıb.

Bununla belə, İran Nəqliyyat qurumları mərkəzinin idarə ieyətinin üzvü İran gəmiçiliyinin embarqo altında olduğunu və bütün İran gəmilərininin qəbul edilməsi üçün bütün limanların ABŞ-dan icazə almalı olduqlarını söyləyib. Daneşmand dünyanın demək olar ki, bütün limanlarında İran gəmilərinin vəziyyətinin eyni vəziyyətdə olduğunu bildirib.

- Fakt budur ki, İran gəmiçilik şirkətinin gəmilərinin əksəriyyəti, dayanıb və heç bir fəaliyyət göstərmir. Yalnız Çin, Hindistan, Cənubi Afrika və bir neçə başqa ölkələr İran gəmilərini qəbul etmək üçün icazə alıb. Lakin bu icazələr yalnız bir neçə xüsusi dövlət limanına verilib”, - Daneşman vurğulayıb.

2021-ci ilin oktyabrında İranın ən böyük gəmiçilik şirkətinin baş direktoru Məhəmmədrza Müdərris Xiyabani İran gəmilərinin mühüm Çin limanlarına daxil olmasına qadağa qoyulduğunu elan etmişdi. Ötən həftə isə Limanlar və Dəniz təşkilatının rəhbəri Əli Əsgər Səfai İran gəmilərinin ölkə limanlarına qəbulu üçün Çinlə danışıqların davam etdiyini deyib.

2020-ci ilin iyun ayında ABŞ 13382 saylı İcra Sərəncamına (kütləvi qırğın silahlarını yayanlar və onların tərəfdarları) uyğun olaraq İran Gəmiçiliyinə sanksiya tətbiq edib. ABŞ Maliyyə nazirliyi isə bu şirkətə məxsus onlarla gəmini qara siyahıya salıb.
AzVision.az





Teqlər: İran   gəmiçilik  





Xəbər lenti