"Böyük itkiləri bölmələrimizin hərəkəti zamanı verdik" - Paşinyan

"Böyük itkiləri bölmələrimizin hərəkəti zamanı verdik"    - Paşinyan
  27 İyun 2023    Oxunub:1516
"44 günlük müharibə zamanı Ermənistan ordusunun mobilliyi ən böyük problemlərdən biri idi".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitinin araşdırılması üzrə komissiyanın iclası zamanı deyib. O, hərbi bölmələrin hərəkətinin hansı üsullarla, hansı tərkiblərdə reallaşdırılması ciddi araşdırma tələb edir.

Paşinyan: "2021-ci ildə hərbçilər məni devirmək istədilər"
"Ordumuzun hərəkət üsullarında problemlər var idi. Biz xeyli sayda itkilərimizi döyüşlərin gedişində deyil, yürüşlərdə, bir nöqtədən digərinə keçid prosesində verdik. Nəhəng maşınlar, böyük dəstələr müvafiq olaraq qarşı tərəfə yaxşı görüntülər verib", - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, mobillik, şəxsi heyətin köçürülməsi və yerləşdirilməsi proseslərinin səriştəli təşkili məsələsi hələ də qızğın müzakirə mövzusudur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Müharibə  





Xəbər lenti