Paşinyan: "Qarabağı tanısaydıq, müharibə uzanacaqdı"

  Paşinyan:  "Qarabağı tanısaydıq, müharibə uzanacaqdı"
  27 İyun 2023    Oxunub:1047
“Qarabağın tanınmasına (44 günlük müharibə dövründə - red.) cəhd etsə idik, müharibə heç noyabrın 9-da bitməyəcəkdi”.
AzVision.azxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında deyib.

"Böyük itkiləri bölmələrimizin hərəkəti zamanı verdik" - Paşinyan
O bildirib ki, əks halda döyüşlər daha çox davam edə bilərdi.

İclas zamanı müxalif deputat Armen Aşotyan deyib ki, Qarabağın müstəqilliyinin tanınması Ermənistan üçün “siyasi “İsgəndər”ə çevrilə bilərdi. N. Paşinyan isə cavabında “elə isə niyə 2016-cı ildə baş verən dördgünlük müharibə zamanı bundan istifadə edilmədi?”, - deyə cavab verib.

AzVision.az



Teqlər:   Qarabağ   Paşinyan  





Xəbər lenti