Erməni deputat gileyləndi: "İrəvanla Xankəndi arasında uçurum yaranıb"

      Erməni deputat gileyləndi:    "İrəvanla Xankəndi arasında uçurum yaranıb"
  03 İyul 2023    Oxunub:1296
Ermənistan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi Daimi Komissiyasının sədri Taqui Tovmasyan diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, Ermənistan və Qarabağdakı separatçıların rəhbərləri arasında uçurum yarandığını deyib.

Araik depressiyaya düşüb: “Heç nə bizim əlimizdə deyil”
Tovmasyan Ermənistan hakimiyyətini Qarabağla əlaqələri kəsməyə cəhddə ittiham edib. Deputat qeyd edib ki, əslində kimin kimə neçə dəfə zəng etməsi, zəng edənlərə cavab verilib-verilməməsi barədə əlində konkret faktlar yoxdur.

Onun sözlərinə görə, əsas faciə xalqın keçmiş Qarabağ münaqişəsi ilə bağlı vahid təsəvvürə malik olmamasındadır.

“Ermənistan hakimiyyətinin Qarabağdakılarla yaranmış fikir ayrılığı onların arasında əlaqənin kəsildiyini deməyə haqq qazandırır”, - Tovmasyan bildirib.

Qeyd edək ki, separatçıların qondarma "deputat"ı Metaxe Akopyan bir müddət əvvəl bəyan etmişdi ki, Laçın dəhlizində problem yaranandan sonra Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağdakı "həmkarı" Artur Tovmasyanla danışmayıb. Simonyan və Nikol Paşinyanın ofisi bu məlumatı təkzib etsə də, müxalif media sülh danışıqları fonunda İrəvanın Bakının təzyiqi altında Xankəndidən açıq şəkildə uzaqlaşmağa çalışdığını yazır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Separatçı   Ermənistan   Deputat  





Xəbər lenti