Qeyd edilir ki, bundan əlavə, Moskva yaxınlığındakı Kubinka ərazisində naməlum pilotsuz təyyarə də vurulub.
Peskov Kremlə PUA hücumuna görə ABŞ-ı günahlandırıb |
Rusiya Xarici İşlər Nazirliyi paytaxt sakinlərini qorxudan dron hücumlarına reaksiya verib. Nazirliyin sözçüsü Mariya Zaxarova açıqlamasında deyib ki, Kiyevin mülki infrastruktur obyektlərinin, o cümlədən aeroportun yerləşdiyi əraziyə pilotsuz təyyarələrlə hücum etmək cəhdi növbəti terror aktıdır.
“Nəzərə alsaq ki, Zelenski bu terror aktlarını Qərbin verdiyi silahlarla törədir, bu, beynəlxalq terrorizmdir”, - Rusiya XİN rəsmisi Telegram kanalında yazıb.
Xatırladaq ki, may ayında Kremlə də dron hücumu olmuşdu.
Tural Tağıyev
AzVision.az