"Mən əvvəlcədən avropalı müşahidəçilərin bura göndərilməsini mənfi qiymətləndirmişdim. Çünki bundan əvvəl də burada Azərbaycana qarşı bir dənə də olsun tənqidi bəyanat səsləndirməyən, ifadələr işlətməyən bir missiya var idi", - Şarmazanov bildirib.
|
| Aİ-nin Ermənistandakı missiyası heyətini genişləndirir |
"Bugünkü hakimiyyət Aİ missiyasının Ermənistanın təhlükəsizliyinin təmin edilməsində hansı fayda verdiyini sadə və aydın şəkildə izah edə bilərmi? Əksinə, bu, yalnız Moskva və Tehranla münasibətlərə zərbə vurdu", - erməni siyasətçi gileylənib.
Keçmiş vitse-spikerin fikrincə, Ermənistanın baş nazirinin məqsədi Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri sferasından Türkiyə və NATO sferasına keçməkdir. Eyni zamanda o, Paşinyanın uğur qazanmayacağına əminliyini ifadə edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


