"Sülhməramlılar "ərik biznesi" qurublar" - Zöhrabyan

   "Sülhməramlılar "ərik biznesi" qurublar"    - Zöhrabyan
  06 İyul 2023    Oxunub:1154
Ermənistan parlamentinin keçmiş üzvü Naira Zöhrabyan Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin fəaliyyətini tənqid edib.
AzVision.az xəbər verir ki, o, jurnalistlərə verdiyi açıqlamada deyib ki, ruslar ağır şəraitdən istifadə edərək alvberlə məşğul olurlar.

Hraparak: "Sülhməramlıların iştahası artıb, hər maşına görə 10 min alırlar "
“Artıq 207-ci gündür ki, Qarabağa əvvəlki kimi gediş-gəliş yoxdur. Mağazalarda çörəkdən başqa demək olar ki, heç nə yoxdur. 1 kq almanın qiyməti 2000-2500 dramdır”, - keçmiş deputat gileylənib.

"Zerkalo" klubunda mətbuat konfransı zamanı çıxış edən radikal siyasətçi sülhməramlıların komandanlığına rus dilində müraciət ünvanlayıb.

“Ermənistan və Qarabağdan olan bəzi iş adamları Rusiya sülhməramlılarına müəyyən miqdarda pul verərək öz məhsullarını Xankəndiyə göndərə və 1 kq əriyi 3000 dramdan sata bilirlər. Əgər ərzağı ucuz çatdıra bilirsinizsə, niyə əhalinin normal həyatını təmin edə bilmirsiniz?”, - Zöhrabyan qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülhməramlı   Qarabağ  





Xəbər lenti