Vaşinqton və Berlin Kiyevi NATO-ya buraxmaq istəmir - "Politico"

Vaşinqton və Berlin Kiyevi NATO-ya buraxmaq istəmir -   "Politico"
  12 İyul 2023    Oxunub:877
"Ukrayna NATO-nun qeyri-müəyyən üzvlük planından narazıdır".
Bu fikirlər ABŞ-ın "Politico" saytında dərc olunan məqalədəndir. Nəşr yazır ki, Vaşinqton və Berlin Kiyevə alyansa qeyd-şərtsiz qoşulmaq üçün söz verilməyəcəyini bəyan ediblər.

"NATO sammiti Ukrayna üçün yaxşı nəticələnib, lakin ideal ola bilərdi" - Zelenski
NATO liderləri yalnız şərtlər yerinə yetirildikdə və bütün müttəfiqlərin razılığı olduğu halda Ukraynanı alyansa qoşulmağa dəvət edəcəklərini bildiriblər. Bu qərar blokun 31 üzvü arasında aparılan gərgin danışıqların nəticəsidir.

Hər kəs münaqişə davam etdiyi müddətdə Ukraynanın NATO-ya daxil ola bilməyəcəyi tezisi ilə razılaşıb. Bir çoxu sammitdə Kiyevə jest edərək bəyan etdi ki, Ukrayna həqiqətən də üzvlüyə doğru yol alıb. Amma Vaşinqton və Berlin Kiyevə konkret vədlər verilməsinə qarşı çıxdılar.

Amma alyans Ukrayna silahlı qüvvələrinin Qərb standartlarına keçməsinə və yeni Ukrayna-NATO şurasının yaradılmasına kömək edəcək tədbirlər paketi üzərində razılaşdığını bəyan edib. NATO nümayəndələri demokratiya və təhlükəsizlik sahəsində zəruri olan islahatları təhlil edəcəklər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   NATO  





Xəbər lenti