Müharibənin daha bir acı nəticəsi: Kaxovka SES məhv oldu

Müharibənin daha bir acı nəticəsi:    Kaxovka SES məhv oldu
  20 İyul 2023    Oxunub:1091
Ukraynanın Zaporojye vilayətinin Melitopol rayonunun rəhbəri Andrey Siquta RİA Novosti-yə diqqət çəkən açıqlama verib.
O qeyd edib ki, bir müddət öncə partladılmış Kaxovka su anbarı artıq mövcud olmayacaq. Bu nəhəng su ehtiyatının yerində yalnız gölməçələr qalıb.

Bild: "Bənd Ukrayna Kaxovkanı işğaldan azad etməsin deyə partladıldı"
Dnepr və Konka çayları keçmiş su anbarına tökülmək əvəzinə əvvəlki kanallarına qayıdıblar.

"Eyni zamanda, daha Kaxovka su anbarından Şimali Krım kanalına da su axmır. O, artıq suyun qəbul səviyyəsindən bir metr aşağıdır", - o qeyd edib.

Xatırladaq ki, Kaxovskaya Su Elektrik Stansiyası iyunun 6-da partladılıb. Ukrayna Rusiyanın minalanmış SES -i partlatdıqdan sonra klapanların dağıldığını bəyan etmişdi. Nəticədə nəzarətsiz su kütləsi ətraf qəsəbə və kəndlərə sel şəklində axmağa başlayıb. Rusiya daşqın nəticəsində 55 nəfərin öldüyü bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   SES   Ukrayna  





Xəbər lenti