Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidentinin həbsinə qərar verdikdən sonra isə ratifikasiya prosesi problemli məsələyə çevrilib.
Rusiya Federal Məclisindən İrəvana xəbərdarlıq |
O, qeyd edib ki, bu addım Ermənistan-Rusiya münasibətlərinin onsuz da etibarlı olmayan atmosferini daha da sarsıda bilər. Hazırda Roma Statutuna qoşulmaq Ermənistana heç nə verməyəcək. Əksinə, bu, İrəvana problemlər yaradacaq. Buna görə də Arutyunyan Ermənistan hakimiyyətinə vəziyyətin daha da “bulandırılması” yolu ilə getməməyi tövsiyə edir.
Xatırladaq ki, bir neçə gün öncə Rusiya Federasiyası Federal Məclisi ilə Ermənistan parlamenti arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclası keçirilərkən bu mövzuya toxunulmuşdu. Federasiya Şurasının sədr müavini, komissiyanın həmsədri Yuri Vorobyov bildirmişdi ki, Ermənistan parlamenti ölkənin Roma Statuna qoşulmasının nəticələrini araşdırmalı və Rusiya ilə müttəfiqliyə dair yarana biləcək bütün riskləri qiymətləndirməlidir.
Tural Tağıyev
AzVision.az