İtkin əsgərlərin yaxınları İrəvanın Baqramyan prospektini bağlayıblar - VİDEO |
O, həmçinin qeyd edib ki, valideynlər beynəlxalq strukturlara və səfirliklərə müraciət etməyəcəklər. Çünki onların suallarına cavab üçün əsas ünvan hazırkı hökumət və şəxsən Ermənistanın baş naziri sayılır.
Etirazçılara yaxınlaşan İrəvanın polis rəisi Sevan Köçəryan valideynlərə Hərbi Əks-kəşfiyyat İdarəsinin rəisi, polkovnik David Sanamyanla görüş təşkil etməyi təklif edib. Lakin valideynlər Sanamyanla bundan öncə keçirilmiş görüşün uğursuz olduğunu deyərək bundan imtina ediblər. Onlar qəti şəkildə Ermənistan hökumətinin başçısı ilə danışmağı tələb edirlər.
Xatırladaq ki, valideynlər iyulun 19-da da analoji aksiya keçirmişdilər. Onlara bir həftə ərzində baş nazirlə görüş təşkil edəcəkləri vəd edilsə də, bu baş tutmayıb.
Ermənistan hökumətinin məlumatına görə, 975 vətəndaşın yeri məlum deyil. Onlardan 777-si birinci Qarabağ müharibəsi zamanı, 196-sı 44 günlük müharibədə, 2-si isə 2022-ci ilin sentyabr döyüşləri nəticəsində itkin düşüb.
Tural Tağıyev
AzVision.az