Ermənistan ordusuna əlavə olaraq 6,5 milyon dollar ayrıldı

   Ermənistan ordusuna əlavə olaraq    6,5 milyon dollar ayrıldı
  27 İyul 2023    Oxunub:813
Ermənistan Müdafiə Nazirliyi 2,5 milyard dram (təxminən 6,5 milyon dollar-red.) məbləğində əlavə vəsait alacaq.
AzVision.az xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.

Ermənistan Müdafiə Nazirliyinə əlavə 17 milyon dollar ayrıldı
Belə bir qərarın verilməsinə səbəb kimi qeyd olunub ki, vəsaitlər nazirliyin əvvəllər nəzərdə tutulmayan ehtiyaclarını ödəmək üçün ayrılıb.

Qeyd edək ki, bir həftə öncə keçirilmiş iclasda da oxşar qərar qəbul edilmişdi. Həmin toplantı zamanı nazirliyə 6,7 milyard dram (17 milyon dollardan bir qədər çox-red.) pul ayrılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti