"Armen və Sergey Smbatyan iş"i: Biznesmen tutuldu

  "Armen və Sergey Smbatyan iş"i:  Biznesmen tutuldu
  31 İyul 2023    Oxunub:1320
İrəvanın birinci instansiya məhkəməsi iş adamı A.P.- ilə bağlı həbs qərarı çıxarıb.
O, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və onun oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyana qarşı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu həbs edilib
Baş Prokurorluğun yaydığı məlumata görə, iş adamı iki ay müddətinə həbs edilib.
Müstəntiqlərin fikrincə, söhbət dələduzluq sxemində iştirak edən iş adamı Armen Petrosyandan gedir.

Qeyd edək ki, Smbatyanın atası və oğlu iyulun 29-da dələduzluqda şübhəli bilinərək saxlanılıb. Onlar dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində maddi ziyan vurmaqda ittiham olunurlar. İyulun 30-da hər iki şəxs iki ay müddətinə həbs edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs  





Xəbər lenti