Rusiya Nəqliyyat Nazirliyinin əməkdaşlarına iPhone qadağası qoydu

 Rusiya Nəqliyyat Nazirliyinin əməkdaşlarına iPhone qadağası qoydu
  31 İyul 2023    Oxunub:1051
Rusiyada Nəqliyyat Nazirliyinin əməkdaşlarına Apple şirkətinin avadanlıqlarından istifadə etmək qadağan olunub.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Qadağa yalnız iş məsələləri ilə bağlı danışıqlar və yazışmalara aiddir”, - agentliyin mənbəsi vurğulayıb.

Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası da işçilərə "iPhone" və "iPad"dən rəsmi məqsədlər üçün istifadə etməməklə bağlı qadağa qoyub.

Xatırladaq ki, bir müddət öncə Cənubi Afrika prezidentinin müşaviri Cozef Pu bildirmişdi ki, dünya ölkələrində hökumət nümayəndələri iPhone-dan imtina etməlidirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti