Rus diplomatlar konsulluğun açılması ilə bağlı Qafana gedəcəklər

   Rus diplomatlar    konsulluğun açılması ilə bağlı   Qafana gedəcəklər
  04 Avqust 2023    Oxunub:1168
"Rusiya diplomatları sentyabrda konsulluğun açılması məsələsi ilə bağlı Ermənistanın Sünik vilayətinin (Zəngəzur-red.) Qafan şəhərinə gələcəklər".
AzVision.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

İranlı diplomatın anormal arzuları: "Başqa ölkələr də Qafanda konsulluq açsın"
“Biz Sünik vilayətinin Qafan şəhərində Rusiya Baş Konsulluğunun genişmiqyaslı açılışına fəal şəkildə hazırlaşırıq. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcəklər və onlar əməliyyat məsələləri ilə birbaşa yerindəcə məşğul olacaqlar", - XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, bir neçə ay öncə Qonçar Rusiyanın Zəngəzurda konsulluq açacağını bəyan etmişdi. Xatırladaq ki, bundan öncə İran gözlənilmədən və təcili şəkildə Qafanda konsulluq açmışdı. Bu, Zəngəzur dəhlizinin açılmasına çalışan Azərbaycana qarşı İrəvanla Tehranın diplomatik təxribatı kimi qiymətləndirildi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Qafan   Konsulluq  





Xəbər lenti