Putinlə Ərdoğanın görüşündə Zəngəzur dəhlizi müzakirə olunacaq

 Putinlə Ərdoğanın görüşündə Zəngəzur dəhlizi müzakirə olunacaq
  07 Avqust 2023    Oxunub:1225
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustun son həftəsində gözlənilir
AzVision.az xəbər verir ki, bu barədə "Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
"Putin avqustda Türkiyəyə gələcək" - Ərdoğan

Rusiya liderinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün gündəliyinə taxıl sazişinin bərpası, ikitərəfli əlaqələr, Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlər, həmçinin Türkiyə və Suriya arasında münasibətlərin normallaşdırılması danışıqları daxildir.

Qeyd edək ki, avqustun 2-də Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub və onlar mümkün görüşün hazırlanması barədə razılığa gəliblər.

Avqustun 4-də Ərdoğan jurnalistlərə Putinin Türkiyəyə səfərinin mümkünlüyü barədə danışıb. Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib və diplomatik kanallarla razılaşdırılacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Putin   Ərdoğan  





Xəbər lenti