Ermənisayağı demokratiya və Paşinyanın polis rejimi

   Ermənisayağı demokratiya və    Paşinyanın polis rejimi
  08 Avqust 2023    Oxunub:1268
Qərb ölkələrində Ermənistan əksər hallarda "demokratik" ölkə kimi təqdim olunsa da, İrəvanın polis rejimi qurmasına göz yumulur.
AzVision.az xəbər verir ki, yerli media Ermənistan Polisinin son illərdə Nikol Paşinyanın qurduğu idarəçilik sistemində əsas söz sahiblərindən biri olduğunu və siyasi proseslərə sərt şəkildə müdaxilə etdiyini yazır.

Erməni valideynlər etiraz aksiyası keçirirlər - CANLI
Məsələn, “Joğovurd” qəzetində drəc edilmiş məqalədə qeyd edilir ki, ölkədə polisin hətta müharibədə öldürülmüş hərbçilərin valideynlərini döyməsi halları belə adi qarşılanır.

“Tezliklə Ermənistan Respublikası İstintaq Komitəsinin 2022-ci il sentyabrın 21-də Yerablurda baş vermiş biabırçı hadisə ilə bağlı açdığı işin bir ili olacaq. Amma ortada heç bir cəzalandırılan şəxs yoxdur", - nəşr yazıb.

Xatırladaq ki, 2022-ci il sentyabrın 21-də Yerablur hərbi panteonunda polislə müharibədə öldürülmüş hərbçilərin valideynləri arasında əlbəyaxa dava olmuşdu. Polislərin valideynlərə güc tətbiq etməsi, hətta yaşlı qadınları sürüyərək ərazidən uzaqlaşdırılmasına dair foto və videogörünütlərdən sonra erməni cəmiyyətində narazılıqlar baş qaldırdı. Yalnız bundan sonra istintaq komitəsi məlum işi nəzarətə götürmüşdü.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis  





Xəbər lenti